Ermənistan müdafiə naziri və ABŞ səfiri təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər
Nərmin Qocamanlı
Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan və ABŞ səfiri Kristina Quinn kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində sazişi genişləndiriblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, hərbi islahatlara dəstək və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bildirilib ki, əməkdaşlığın hazırkı səviyyəsi qarşılıqlı yüksək qiymətləndirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma