Menyu

DİN: Qanunsuz aksiyanın qarşısının alınması üçün müvafiq tədbir görüləcək

Nərmin Qocamanlı
DİN: Qanunsuz aksiyanın qarşısının alınması üçün müvafiq tədbir görüləcək

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırıb: 


Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?


- Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.


- Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var.


- Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər