Menyu

Bayden və İordaniya kralı arasında görüş olacaq

Bayden və İordaniya kralı arasında görüş olacaq

ABŞ prezidenti Co Bayden gələn həftə Ağ Evdə İordaniya Kralı II Abdullah ilə təkbətək görüş keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Mən təsdiq edə bilərəm ki, İordaniya Kralı II Abdullah gələn həftə Ağ Evdə prezident Baydenlə təkbətək görüşdə iştirak edəcək", - Ağ Evin sözçüsü deyib.

O, hazırda qarşıdan gələn görüşlə bağlı başqa heç nə deməyəcəyini vurğulayıb. Jan-Pyerin sözlərinə görə, Ağ Ev görüşün nəticələri barədə məlumat verəcək.

Aprelin sonunda ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri zamanı Əmmanda İordaniya kralı ilə danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin sözlərinə görə, onlar Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün diplomatik səyləri müzakirə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər