Ermənistan müxalifəti parlamentdə Paşinyana qarşı impiçment proseduruna başlayıb
Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefa tələblərinə cavab vermədiyi üçün parlamentdə ona qarşı impiçment proseduruna başlayır.
"Operativ Media" xəbər verir ki, bunu "Vətən adına Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Srbazan Respublika meydanında minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə deyib.
"Biz parlamentdə impiçment proseduruna başlayırıq, bununla bağlı hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacağıq", - o qeyd edib.
Baqrat əlavə edib ki, vətəndaş itaətsizliyi aksiyaları paralel olaraq keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net