Menyu

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb - YENİLƏNİB

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.

"Operativ Media"nın xəbərinə görə, məlumatda bildirilir ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

***

17:28

Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, ZəlzələlərinTədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub. Yeraltı təkanlar 18 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ həm də Aran və Aran-Qarabağ bölgələrində hiss olunub.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər