Menyu

Qvardiol "Mançester Siti" ilə yeni müqavilə imzalayıb

Şəfa Hüseynli
Qvardiol "Mançester Siti" ilə yeni müqavilə imzalayıb
1 dəq oxu

İngiltərənin "Mançester Siti" futbol klubu xorvatiyalı müdafiəçi Yoşko Qvardiol ilə müqaviləni uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

24 yaşlı Xorvatiyalı futbolçu ötən mövsüm İngiltərə komandasında müxtəlif turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər