Menyu

"Sabah"ın hücumçusu Aaron Maluda "Bazel" klubuna transfer olunur

Operativ Media
"Sabah"ın hücumçusu Aaron Maluda "Bazel" klubuna transfer olunur
1 dəq oxu

Azərbaycanın "Sabah" klubunda çıxış edən fransalı vinger Aaron Maluda karyerasını İsveçrə təmsilçisi "Bazel"də davam etdirməyə yaxındır.

​Operativ Media xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.

​Məlumata görə, tərəflər 20 yaşlı hücumçunun keçidi üzrə 3 milyon avroluq transfer məbləğində tam razılıq əldə ediblər.

​Qeyd olunub ki, Fransanın "Lill" klubuna məxsus olan sağ vinger ötən yay icarə əsasında "Sabah"a yollanıb, cari ilin yanvar ayında isə paytaxt klubu ilə tamhüquqlu müqavilə imzalayıb.

​Fransanın U-19 milli komandasının heyətində 5 matçda forma geyinmiş gənc futbolçu ölkəmizdə uğurlu mövsüm keçirib. O, "Sabah"ın heyətində meydana çıxdığı 29 qarşılaşmada 9 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Əlaqəli Xəbərlər