U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı - YENİLƏNİB (3)
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.
Operativ Media xəbər verir ki, o, həlledici görüşdə gürcüstanlı Georgi Çikikvadzeni 7:1 hesabı ilə məğlub edib.
****
27.07.26 (19:19)
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Operativ Media xəbər verir ki, o, həlledici görüşdə rusiyalı Soltan Yusupova 1:3 hesabı ilə məğlub olub.
Ömər sabah bürünc medal uğrunda mübarizə aparacaq.
***
15:04
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində iranlı Ali Morteza Leyvesiyə "tuş"la qalib gəlib.
***
13:53
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər 1/8 final mərhələsində hindistanlı Avinaş B. Çetakeyə 6:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.