Menyu

Cənubi Koreya Ukraynaya kömək etməyə hazır olduğunu açıqlayıb

Nərmin Qocamanlı
Cənubi Koreya Ukraynaya kömək etməyə hazır olduğunu açıqlayıb

Cənubi Koreya Kiyevlə əməkdaşlığı davam etdirməyə və yardım göstərməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu Cənubi Koreya lideri Yun Seok-yeol Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra deyib.

"Cənubi Koreya vurğulayır ki, hökumətimiz beynəlxalq ictimaiyyətin Ukraynada sülhün bərpası və müharibədən sonrakı səylərində fəal iştirak edir. Biz Ukrayna xalqının gələcəkdə tələb edə biləcəyi dəstəyi və əməkdaşlığı davam etdirəcəyik", - Yun Seok-yeol deyib.

Zelenski Yun Seok Yeol-u iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək sülh konfransına dəvət edib. O, həmçinin Cənubi Koreya liderindən Kiyevə yardımı fəal davam etdirməyi xahiş edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər