Gürcüstanda polis müxalifət liderini döyüb
Tbilisinin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis Gürcüstanın "işğal əleyhinə hərəkatının" lideri Davit Katsaravanı həbs edib və onu döyüb.
"Operativ Media" xəbər verir ki, bu barədə SOVA məlumat yayıb.
Məlumata görə, Katsarava Tbilisidəki İnqorokva klinikasına köçürülüb. Fəalın həyat yoldaşı Sofya Xaçapuridze ərinin zəng etdiyini və döyüldüyünü bildirib.
Qeyd olunur ki, Davit Katsarava Gürcüstan parlamentinin binası yaxınlığında, Birinci Gimnaziyanın qarşısında, xarici agentlər haqqında qanuna qarşı nümayiş zamanı həbs edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net