Gürcüstanın baş naziri ABŞ-nin xarici agentlər qanunu ilə bağlı təhdidlərinə cavab verib
Nərmin Qocamanlı
ABŞ-nin xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar münasibətlərə və mümkün sanksiyalara yenidən baxılması ilə bağlı təhdid əks effekt verir.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
O vurğulayıb ki, əgər Vaşinqton ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəsə, Gürcüstana qarşı təhdidlər “mənasız və qeyri-məhsuldar” olacaq.
"Biz ABŞ-nin reputasiyasına xələl gəlməsini istəmirik. Bizim ABŞ-yə çağırışımız odur ki, ortaqlıq məsələsi üzərində düşünək və mənfi addımlar atmayaq. Əvvəla, bu, onlara zərər verəcək. Bu, bizim siyasi komandamıza zərər verməyəcək, əksinə dəstəyimizi gücləndirək, buna görə də mən hamını bir daha praqmatik olmağa çağırıram”, - Kobaxidze bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net