Pentaqon: Rusiya uzun illər NATO üçün problem olacaq
Rusiya uzun müddət Şimali Atlantika Alyansı (NATO) üçün təhlükə və böyük problem yaradacaq.
"Operativ Media" xəbər verir ki, bunu Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib.
"Ukraynadakı müharibədən sonra, necə bitməsindən asılı olmayaraq, Rusiya hansı mövqedə olacaq, hansı təhlükə yaradacaq? İnanıram ki, Rusiya ittifaq üçün uzunmüddətli təhlükə yaradacaq. Bizim Rusiya ilə uzun illər böyük problemimiz olacaq", - o, Vaşinqton Atlantik Şurasında çıxışında qeyd edib.
"Rusiya öz silahlı qüvvələrinin sayını artıracaq, itkilərini ən qısa zamanda bərpa edəcək", - general əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net