Menyu

Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Nərmin Qocamanlı
Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır.

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O, həmçinin, Avropa Şurasında təmsil olunan bəzi dövlətlərin nümayəndə heyəti üzvlərinin hər hansı dövlətə qarşı ittihamlar səsləndirməsini yolverilməz adlandırıb.

Nazir bildirib ki, bir sıra avroparlamentarilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər ölkələrə qarşı ikili yanaşma sərgiləyir:

“Əksər hallarda onlar bu və ya digər dövlət haqqındakı neqativ fikirlərini həmin dövlətin təmsilçilərinin yanında söyləməkdən çəkinir. Əlbətə ki, bunun üçün cəsarət lazımdır. Bir sıra şəxslər Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasının işində iştirak etməməsindən yararlanmaq istəyir. Avropa Şurası tənqid platforması deyil".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər