İsveç Ukraynaya hərbi dəstək üçün altı milyard avrodan çox vəsait ayıracaq
Nərmin Qocamanlı
İsveç hökuməti və İsveç Demokratları 2024-2026-cı illər üçün Ukraynaya 6,5 milyard avro dəyərində üç illik hərbi dəstək proqramı yaratmaq barədə razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
“Hökumət və İsveç Demokratları Ukraynaya 2024-2026-cı illər üçün ümumi məbləği 75 milyard SEK (6,5 milyard avro), hər il 25 milyard SEK (təxminən 2,2 milyard avro) məbləğində üçillik hərbi dəstək proqramı yaratmaq barədə razılığa gəliblər”, - məlumatda qeyd olunub.
Bununla da, İsveçin Ukraynaya ümumi hərbi və mülki dəstəyi 100 milyard İsveç kronunu (8,6 milyard avro) təşkil edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net