Menyu

İsveç Ukraynaya hərbi dəstək üçün altı milyard avrodan çox vəsait ayıracaq

Nərmin Qocamanlı
İsveç Ukraynaya hərbi dəstək üçün altı milyard avrodan çox vəsait ayıracaq
1 dəq oxu

İsveç hökuməti və İsveç Demokratları 2024-2026-cı illər üçün Ukraynaya 6,5 ​​milyard avro dəyərində üç illik hərbi dəstək proqramı yaratmaq barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Hökumət və İsveç Demokratları Ukraynaya 2024-2026-cı illər üçün ümumi məbləği 75 milyard SEK (6,5 milyard avro), hər il 25 milyard SEK (təxminən 2,2 milyard avro) məbləğində üçillik hərbi dəstək proqramı yaratmaq barədə razılığa gəliblər”, - məlumatda qeyd olunub.

Bununla da, İsveçin Ukraynaya ümumi hərbi və mülki dəstəyi 100 milyard İsveç kronunu (8,6 milyard avro) təşkil edəcək.

Əlaqəli Xəbərlər