Paşinyan: "Ermənistanda daxili siyasi böhran yoxdur"
Nərmin Qocamanlı
"Ermənistanda daxili siyasi böhran yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ölkədə müxalifətin mitinqləri zamanı deyib.
O, jurnalistləri dərslikdə siyasi böhranın tərifinə baxmağa dəvət edib və qeyd edib ki, Ermənistanda dövlət qurumları öz funksiyaları çərçivəsində işləyir və bundan sonra da fəaliyyət göstərəcək.
Qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyasında iştirak edən Ermənistan Pravoslav Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərliyi ilə sərhəd kəndlərinin Azərbaycana verilməsinə qarşı çıxan və Paşinyanın istefasını tələb edən şəxslər ölkənin Daxili İşlər Nazirliyinin binasına doğru hərəkət ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net