Bu həftə Astanada ŞƏT-nin sammiti keçiriləcək, Azərbaycan liderinin iştirakı gözlənilir
Redaksiya
İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək.
"Operativ Media" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, tədbirdə 16 ölkənin - Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcəklər.
ŞƏT-ə üzv dövlətlərin başçıları siyasi, ticarət-iqtisadi, mədəni-humanitar qarşılıqlı fəaliyyətin aktual məsələlərinin geniş spektrini və siyasi məsələləri nəzərdən keçirəcəklər.
Bundan əlavə, Astanada keçiriləcək sammitdə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı qərar qəbul ediləcək .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net