Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü
Əsəd Abbaslı
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, görüşdə bir sıra ikitərəfli məsələlər, Fondun İtaliyada həyata keçirdiyi layihələr müzakirə edilib.
Danışıqlar zamanı ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi diqqət mərkəzində olub. COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, o cümlədən gələcəkdə İtaliya tərəfi ilə Heydər Əliyev Mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mədəni layihələr nəzərdən keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net