Menyu

Ağdam prokurorluğu 2 nəfərin mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparır

Ağdam prokurorluğu 2 nəfərin mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparır

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna araşdırma aparılır.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər