Menyu

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

Əziz Əzizli
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb

ABŞ lideri Cozef Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, Bayden çərşənbə axşamı "Birləşmiş Ştatların Məxfi Xidmətindən prezidentləri, vitse-prezidentləri və aparıcı prezident və vitse-prezidentliyə namizədləri qorumaq üçün lazım olan agentlərin sayını müəyyən etmək üçün vahid standartlar tətbiq etməyi tələb edən" qanunu imzalayıb.

Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp iki dəfə hücuma məruz qalıb. Tramp birinci hücumda xəsarət alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər