Menyu

BMT Baş katibinin ofisi Quterreşin BRİKS sammitinə səfərini təsdiqləməyib

Əsəd Abbaslı
BMT Baş katibinin ofisi Quterreşin BRİKS sammitinə səfərini təsdiqləməyib

BMT-nin baş katibi Antonio Quterreşin ofisi dünya təşkilatının rəhbərinin gələn həftə Kazanda keçiriləcək BRİKS sammitinə getmə planlarını təsdiqləməyə hələ hazır deyil.

"Operativ Media" xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bununla bağlı suala cavab verib.

"Hazırda biz baş katib tərəfindən hər hansı səfəri təsdiq edə bilmərik", - deyə o bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Quterreş BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak etmək niyyətini BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə açıqlayıb.

Qeyd edək ki, BRICS-in Kazan sammiti oktyabrın 22-24-də baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər