Menyu

"Real Madrid" Maykl Olise transferindən imtina edib

Operativ Media
"Real Madrid" Maykl Olise transferindən imtina edib

İspaniyanın "Real Madrid" klubu Münhen "Bavariya"sı ilə münasibətləri korlamamaq məqsədilə fransalı hücumçu Maykl Olisenin transferindən imtina etdiyini qarşı tərəfə bildirib.

Operativ Media xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres 24 yaşlı futbolçunu heyətə qatmaq istəsə də, bu keçid yalnız Almaniya klubunun danışıqlara yaşıl işıq yandıracağı təqdirdə mümkün ola bilərdi. Lakin 2026-cı ilin yayında bu transferin baş tutmayacağı artıq dəqiqləşib.

​İspaniyanın "Sport.es" nəşrinin iddia etdiyinə görə, "kral klubu" diqqətini Olisenin alternativi kimi gördüyü "Laypziq"in 19 yaşlı hücumçusu Yan Diomandeyə yönəldib və gənc oyunçu üçün 100 milyon avro ödənməyə hazırdır.

​Qeyd edək ki, 2024-cü ildən "Bavariya"da çıxış edən Olisenin klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Fransalı hücumçu 2025/2026-cı illər mövsümündə keçirdiyi 52 matçda 22 qol vurub və 31 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 170 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər