Menyu

Ukraynanın müdafiə naziri Yaşar Güler ilə görüşüb

Əsəd Abbaslı
Ukraynanın müdafiə naziri Yaşar Güler ilə görüşüb

Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna-NATO Şurasının iclası ərəfəsində Türkiyə milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rustem Umerov “X” platformasındakı paylaşımında bildirib.

“Biz Prezident Vladimir Zelenskinin Qələbə Planını müzakirə etdik, onun əsas məqamlarından biri olan Ukraynanın NATO-ya üzvlüyünə dəvət edilməsi, eləcə də müdafiə sənayemizə investisiyaların cəlb edilməsi haqqında danışdıq”,- nazir bildirib.

O, həmçinin Ukrayna şirkətlərinin birgə mülkiyyətində həm Ukraynada, həm də Türkiyədə birgə müdafiə müəssisələrinin yaradılmasını və silah və texnika istehsalı üçün yeni zavodlarıntikilməsini təklif edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər