Menyu

Kazan hava limanı fəaliyyətini dayandırıb

Əsəd Abbaslı
Kazan hava limanı fəaliyyətini dayandırıb

Bu gün səhər Kazan Beynəlxalq Hava Limanında “xalça” planı təqdim edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako teleqram kanalında məlumat verib.

Korenyakonun sözlərinə görə, pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin gəlişi və buraxılması ilə bağlı məhdudiyyətlər Moskva vaxtı ilə saat 6:00-dan etibarən qüvvədədir. Aeroportun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar artıq 20-yə yaxın reys təxirə salınıb.

“Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir”, - mətbuat katibinin açıqlamasında deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər