Menyu

Putin Kazanda Ərdoğan, Si Cinpin, Modi, Abbas və Quterreşlə görüşəcək

Əsəd Abbaslı
Putin Kazanda Ərdoğan, Si Cinpin, Modi, Abbas və Quterreşlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Hindistanın baş naziri Narendra Modi, Çin sədri Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas və BMT-nin baş katibi Antonio Quterreşlə görüşmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, söhbətlər silsiləsi oktyabrın 22-də Yeni İnkişaf Bankının prezidenti Dilma Russefflə, daha sonra Modi ilə, daha sonra isə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşlə açılacaq.

Bundan əlavə, Si Cinpin, eləcə də Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların aparılması planlaşdırılır. 

Görüşdən sonra Putinin İran Respublikasının Prezidenti Məsud Pezeşkian ilə söhbəti, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə söhbəti nəzərdə tutulur”, - deyə Uşakov bildirib.

Sammitin üçüncü günündə Putin Abbas, Laos prezidenti Thongloun Sisoulit, Mavritaniya prezidenti Mohamed Ould Ghazwani və Boliviya prezidenti Luis Arce ilə görüşməyi planlaşdırır.

Daha sonra Quterreş və Vyetnamın Baş naziri Fam Min Trinhlə görüş keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər