Menyu

Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək

Əsəd Abbaslı
Gürcüstanın yeni parlamentinin ilk sessiyası noyabrda keçiriləcək

Oktyabrın 26-da baş tutmuş seçkilərin nəticələrinə əsasən seçilmiş yeni çağırış parlament noyabrda ilk sessiyaya toplaşacaq, lakin hər şey MSK-nın səsvermənin yekun nəticələrini nə vaxt dərc edəcəyindən asılıdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Bildiyiniz kimi, hazırda Mərkəzi Seçki Komissiyasında müəyyən prosedurlar həyata keçirilir, sayım, həmçinin şikayətlərlə bağlı digər proseslər başa çatmaq üzrədir. Noyabrın ortalarında artıq MSK-nın yekun protokolu olacaq, bundan sonra Konstitusiyaya əsasən parlament 10 gün ərzində ilk iclasına toplaşacaq”, – Papuaşvili qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər