Menyu

Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Operativ Media" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Betis” (İspaniya) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər