3 yaşlı şahmatçı FİDE-nin reytinqinə düşdü
Əziz Əzizli
Hindistan şahmatçısı Aniş Sarkar FİDE reytinqinə düşən ən gənc oyunçu olub.
"Operativ Media" xəbər verir ki, o, 3 yaş 8 ay 19 günlüyündə beynəlxalq reytinqdə yer alıb.
Körpə şahmatçı 2021-ci ilin 26 yanvarında anadan olub. Sarkarın hazırkı reytinqi 1555-ə bərabərdir.
Bu rekordun əvvəlki sahibi 2023-cü ildə 5 yaşında FİDE reytinqinin ən gənc iştirakçısı olan digər hind şahmatçısı Tejasa Tivari idi.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına görə, oyunçu 26 ay ərzində reytinqli şahmatçılarla ən azı 5 oyunda iştirak etməli və 1/2 xal qazanmalıdır.
3 yaşlı Aniş Sarkar ilk klassik turnirində 8 xaldan 5,5 toplayaraq 24-cü yeri tutub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net