Menyu

Qurban Qurbanov: "Bodo-Qlimt"in özünə xas olan oyun üslubu var

Əziz Əzizli
Qurban Qurbanov: "Bodo-Qlimt"in özünə xas olan oyun üslubu var

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Bodo Qlimt” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.

"Operativ Media" xəbər verir ki, təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:

“Bodo Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hər biri norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər”.

Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər