Menyu

Belarus XİN: Hazırda Suriyada diplomatik mövcudluğumuzu saxlayırıq

Əsəd Abbaslı
Belarus XİN: Hazırda Suriyada diplomatik mövcudluğumuzu saxlayırıq

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Hazırda Suriyada diplomatik mövcudluğumuzu saxlayırıq. Beynəlxalq hüquq baxımdan bu kontekstdə heç nə dəyişməyib. Diplomatik və dövlətlərarası əlaqələrimiz davam edir. Lakin logistik və digər məsələləri nəzərə alaraq, hazırkı mərhələdə Belarus diplomatik missiyasının işinin Livan ərazisindən təşkili qərara alınıb. Texniki məsələlərin bir hissəsi artıq həll olunub”, - diplomatik qurumdan bildirilib.

Xatırladaq ki, dekabrın 15-də Belarus XİN-in mətbuat xidməti ölkənin bütün diplomatlarının Suriyanı tərk etdiyini bildirib. Konsulluq fəaliyyətini davam etdirmək və vətəndaşlara lazımi köməklik göstərmək üçün Livanın paytaxtı Beyrutda Belarusun Suriyadakı səfirliyinin müvəqqəti konsulluq məntəqəsi açılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər