Ermənistanda kütləvi zəhərlənmə olub
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, məlumata görə, 10 nəfər zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub.
Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.
Obyektin fəaliyyəti dayandırılıb.
Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net