Kobaxidze: Azərbaycan Prezidenti ilə məhsuldar danışıqlar apardıq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar apardığını bildirib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz ikitərəfli və regional məsələlər üzrə məhsuldar dialoq apardıq və strateji tərəfdaşlığımızın əhəmiyyətini vurğuladıq", - o qeyd edib.
İ.Kobaxidze bu görüşün iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ümumi məqsədlərə nail olmağa yol açacağına əminliyini ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net