Menyu

Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb

Əziz Əzizli
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov səudiyyəli həmkarı Bəndər Əlzaid ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanının baş konsulu Bəndər Əlzaid ilə görüşməkdən çox məmnun oldum. Ölkələrimiz arasındakı sıx dostluqdan ruhlanan ətraflı söhbətə görə təşəkkür edirik”, - baş konsul qeyd edib.

Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliyi bildirib ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran müxtəlif mövzular üzrə məhsuldar müzakirələr aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər