Menyu

İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib

Əziz Əzizli
İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib

İtaliyanın Qəzzaya göndərdiyi 15 ton humanitar yardım Aşdod limanına çatıb.

"Operativ Media" xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iştirak edib.

Nazir bildirib ki, hər birində 1 ton humanitar yardım olan 15 yük maşını “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

Qeyd olunub ki, İtaliya buvaxtadək İordan çayının qərb sahilinin inkişafına və Qəzzada bərpa tədbirlərinə ümumilikdə 104 milyon avro ayırıb. Həmçinin Qəzza zolağına 120 tonadək humanitar yardım çatdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər