Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub
Əsəd Abbaslı
Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.
Operativ Media xəbər verir ki, görüş zamanı tərəflər informasiya təhlükəsizliyi, hərbi sahədə ictimaiyyətlə əlaqələrin təşkili, eləcə də strateji kommunikasiya məsələləri, gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.
Qonaqlar, həmçinin Nazirliyin nəzdində yaradılmış studiyaya baxış keçirib, burada mövcud texniki imkanlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.
Sonra “Qələbə parkı” abidə kompleksi və “Şan-şərəf” Muzeyi ziyarət olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net