"Roma" "Çelsi"nin müdafiəçisi Aksel Disasini transfer etmək istəyir
İtaliyanın "Roma" klubu "Çelsi"nin fransasız müdafiəçisi Aksel Disasinin xidmətində maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Bildirilib ki, Roma təmsilçisi 28 yaşlı futbolçunun mümkünsüz transfer şərtləri ilə bağlı London klubuna müraciət edib. "Çelsi" rəhbərliyi isə fransalı müdafiəçini satmağa qarşı deyil və bu keçiddən təxminən 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Disasi 2023-cü ilin yayından London klubunun şərəfini qoruyur və onun komanda ilə hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir. Müdafəçi 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 14 matçda meydanda olub və 1 sarı vərəqə ilə cəzalandırılıb. O, həmçinin İngiltərə Kubokunda keçirdiyi 3 qarşılaşmada 1 qolla yadda qalıb.