Menyu

"Neftçi" Varqası heyətinə qatdı

Operativ Media
"Neftçi" Varqası heyətinə qatdı
1 dəq oxu

“Neftçi” ötən mövsüm icarə əsasında komandada çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.

Operativ Media  xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Varqasla müqavilənin detalları açıqlanmayıb.

27 yaşlı futbolçu ötən mövsüm “Neftçi” formasıyla 32 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər