Britaniya ABŞ-dən F-35A təyyarəsi alacaq
Böyük Britaniya ABŞ-dən 12 nüvə qabiliyyətli F-35A qırıcısı almağı və NATO-nun nüvə missiyasına qoşulmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer məlumat verib.
Starmer qeyd edib: "Böyük Britaniya, əlbəttə ki, NATO-ya sadiq qalacaq. Alyans Britaniyanın təhlükəsizliyinin qorunmasına böyük töhfə verib. Lakin biz hamımız Avro-Atlantik məkanını gələcək nəsillər üçün qorumağa çalışmalıyıq".
Qeyd edək ki, F-35A, əsasən ABŞ-də Lockheed Martin tərəfindən istehsal edilən beşinci nəsil döyüş təyyarəsidir . Bu, planetin ən qabaqcıl və bahalı döyüş təyyarələrindən biridir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net