Çexiya vətəndaşlarına çağırış edib
Operativ Media

Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.
Operativ Media xəbər verir ki, bu barədə "ČTK" xəbər agentliyi məlumat yayıb.
"ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər regionda hərbi fəallığın artması ilə əlaqədar Karakasa və oradan aviareysləri ləğv edib. Biz bütün mümkün vasitələrdən istifadə etməklə Çexiya vətəndaşlarına mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik", - agentlik XİN-in müvafiq sənədindən sitat gətirib.
Qeyd edək ki, müxtəlif ölkələrdən çoxsaylı aviaşirkətlər Venesuelaya uçuşları dayandırıb.