Menyu

NİİM sürücülərə müraciət edib

Operativ Media
NİİM sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Operativ Media xəbər verir ki, müraciətdə deyilir:

“Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. 

Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək. 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək”.

Əlaqəli Xəbərlər