"Qalatasaray"ın istədiyi futbolçu İngiltərə klubuna keçdi
Operativ Media
“Qarabağ”la oyunlarındadn tanıdığımız 20 yaşlı macarıstanlı yarımmüdafiəçi Aleks Tot İngiltərənin “Bornmut” klubu ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Bornmut” macar yarımmüdafiəçi üçün “Ferensvaroş”a 12 milyon avro ödəyəcək, daha 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
Cari mövsümdə Tot bütün turnirlərdə 25 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb. Nüfuzlu “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun transfer dəyəri 8 milyon avro təşkil edir.