Səidə Mirziyoyeva Tatarıstan lideri ilə görüşüb
Şəfa Hüseynli

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Tatarıstan Rəisi Rüstəm Minnixanovla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.
Tərəflər Özbəkistan və Tatarıstan arasında intensiv ticari-iqtisadi əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Hər iki tərəf sənaye, investisiya layihələri və regional səviyyədə birbaşa əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə xalqlar arasında humanitar və mədəni əlaqələrə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, Özbəkistanda böyük tatar diasporu yaşayır və bu, tarixi yaxınlıq və mədəni ümumiliyin əsasını təşkil edir.