Menyu

Market və təmir sexindən oğurluq edən iki şəxs həbs edilib

Operativ Media
Market və təmir sexindən oğurluq edən iki şəxs həbs edilib

Nizami rayonu ərazisində gecə saatlarında avtomobil təmiri sexlərindən birinin qarşısından 2000 manat dəyərində 2 mühərrik və dəmir materiallar oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nizami RPİ-nin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Həmçinin Nərimanov rayonunda marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 26 yaşlı E.Məlikzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər