İrandakı etirazlarda ölənlərin sayı 5 000-ə çatıb
Operativ Media

İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.
Rəsmi şəxs qeyd edib ki, ən ağır toqquşmaların bəziləri və ən yüksək ölüm sayı separatçıların aktiv olduğu İranın şimal-qərbində qeydə alınıb.
HRANA insan haqları qrupu şənbə günü ölənlərin sayının 3 308-ə çatdığını bildirib.
Həmçinin İranda 24 000-dən çox insanın həbs olunduğunu da qeyd edilib.