Menyu

Suriyanın şimal-şərqində atəşkəs elan edilib

Operativ Media
Suriyanın şimal-şərqində atəşkəs elan edilib

Suriya lideri Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib.

Operativ Media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb.

O, həmçinin SDF rəhbəri Mazlum Abdi ilə bu günə planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.

Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDF ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.

Bundan əlavə, Suriya prezidenti SDF ilə inteqrasiya barədə saziş imzalayıb. 

Sənədə əsasən, Suriya dövlət qurumları Həsəkə, Deyr əz-Zor və Rakka bölgələrinə daxil olaraq nəzarəti öz üzərinə götürəcək. 

Hökumət, həmçinin ölkənin şimal-şərqindəki sərhəd-keçid məntəqələrinə nəzarəti təmin edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər