Keşlədə su olmayacaq - XƏBƏRDARLIQ
Operativ Media
Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttində aparılacaq təmir işləri ilə əlaqədar su təchizatında müvəqqəti fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Belə ki, qəzalı hissənin dəyişdirilməsi məqsədilə görüləcək işlər çərçivəsində 19 yanvar 2026-cı il tarixində gün ərzində sözügedən ərazidə içməli suyun verilişi dayandırılacaq.
Qurum abonentlərdən yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyib və göstərilən anlayışa görə təşəkkür edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net