Pakistanda ticarət mərkəzində yanğın olub
Operativ Media

Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində beş nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Operativ Media bu barədə "Geo" telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, yanğınsöndürənlər alovun təxminən 60%-ni lokallaşdıra biliblər.
Bununla belə, yüksək temperatur səbəbindən xilasedicilər binaya daxil ola bilməyiblər.
Onlar yanan mərkəzdə hələ də insanların ola biləcəyini ehtimal edirlər.
Yanğından mühafizə idarəsinin rəisinin sözlərinə görə, yanğının söndürülməsi zamanı binada partlayış baş verib və bu, alovun daha da yayılmasına səbəb olub.
O, partlayışın səbəbi kimi qaz sızmasını göstərib. Bundan əlavə, ticarət mərkəzinin divarının bir hissəsi uçub.