Menyu

FHN: Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb

Operativ Media
FHN: Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb

Fövqəladə Hallar Nazirliyi Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonundakı zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda 3.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər