Şəmkirdə avtomobil ağaca çırpılıb - YENİLƏNİB

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
Operativ Media xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
09:18
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.