ABŞ Qrenlandiyaya görə 8 Avropa ölkəsinə tarif tətbiq edib
Operativ Media
Fevralın 1-dən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın ABŞ-a göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
Tramp bu rəqəmi iyunun 1-dən etibarən 25 faizə qaldıracağını deyib.
O əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Qrenlandiyanın tam satınalma sazişi imzalanana qədər ödəniləcək.